Filippinlərin Palompon bölgəsinin qərb sahillərində 6.9 bal gücündə güclü zəlzələ baş verib.
DenMedia.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələnin episentri Palompondan təxminən 10 kilometr qərbdə, Kalape sahillərində yerləşib. Yeraltı təkanların ocağı təqribən 10 kilometr dərinlikdə qeydə alınıb.
Hazırda zəlzələ nəticəsində təxliyə, dağıntı və ya insan tələfatı ilə bağlı məlumat verilməyib. Həmçinin tsunami təhlükəsi elan olunmayıb.
Qeyd edək ki, Filippinlər dünyanın ən aktiv seysmik zonalarından biri olan Sakit okean “odlu halqası” üzərində yerləşir. Bu səbəbdən ölkədə güclü zəlzələlər tez-tez baş verir.