Azərbaycan ictimaiyyətində qalmaqallı davranışları ilə tanınan Rasim barəsində maraqlı faktlar üzə çıxıb.
DenMedia.az-ın araşdırmasına görə məlum olub ki, onun həbsxana həyatı ilə tanışlığı hələ çox gənc yaşlarından başlayıb.
1980-ci ildə, cəmi 20 yaşında ikən o, SSRİ Cinayət Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə əsasən vəzifədən sui-istifadə, səhlənkarlıq və qəsdən şəxsə ağır bədən xəsarəti yetirmə ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Hadisə onun hərbi xidməti zamanı baş verib. İddialara görə, Rasim uzun müddət şantaj və özbaşınalıqlarına dözdüyü komandir tərəfindən cəmiyyətə “təhlükə” hesab edildiyi üçün belə cəzalandırılıb.
Aradan illər keçsə də, Rasimin adı müxtəlif hadisələrdə hallanmaqda davam edib. Onun çıxardığı qalmaqallar, qanunazidd davranışları və ictimai qınaq doğuran hərəkətləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olur.
Hazırda cəmiyyətdə Rasimin keçmişi ilə bağlı yeni müzakirələr gedir və onun hərəkətləri ilə bağlı hüquq-mühafizə orqanlarının mövqeyinə ehtiyac olduğu qeyd olunur.