DenMedia.az xəbər verir ki, Şotlandiyada 200-dən çox xəstəyə zərər vurmaqda ittiham olunan neyrocərrah professor Sam Eljamel təxminən 1 milyon funt sterlinq dəyərində pensiya alaraq ölkəni tərk edib. 🇬🇧
O, Dandi şəhərindəki xəstəxananın neyrocərrahiyyə şöbəsinin rəhbəri olub, lakin 2013-cü ildə vəzifəsindən uzaqlaşdırılıb. 2014-cü ildə o, vəzifədən istefa verərək adını tibbi reyestrdən sildirib.
Şotlandiyada həkim aldatma və pasiyentlərin səhhətinə zərər vurmaqda şübhəli bilinsə də, ona cəza tətbiq edilmədən pensiyaya çıxmağa icazə verilib. Bu, ona xaricdə işləməyə və müntəzəm pensiya almağa imkan yaradıb.
Hazırda Eljamel Liviyada yenidən cərrah kimi fəaliyyət göstərir. Onunla bağlı istintaq 2018-ci ildən bəri davam edir, lakin həkim bütün müraciətləri və əlaqə cəhdlərini görməzdən gəlir.
Onun əməliyyatlarından sonra əmək qabiliyyətini itirən və ağır fəsadlarla üzləşən xəstələr illərdir kompensasiya ala bilməyiblər. Onlar həkimin “insanların həyatını məhv edib, illərlə rahat şəkildə pensiya almasına” etiraz edirlər.