Məşhur cizgi filmi personajlarını səsləndirən kanadalı-amerikalı aktyor Erik Bauza 46 yaşında vəfat edib.
Bu barədə aktyorun ailəsi sosial şəbəkədə məlumat yayıb.
“Emmi” mükafatı laureatı olan Bauza “Looney Tunes” cizgi filmlərində Baqz Banni, Daffi Dak və onlarla başqa məşhur personajı səsləndirməsi ilə tanınırdı.
Ailəsinin açıqlamasında aktyorun qəfil dünyasını dəyişdiyi bildirilsə də, ölüm səbəbi əvvəlcə açıqlanmayıb.

“Variety” nəşrinin məhkəmə-tibbi ekspertiza sənədlərinə istinadən yaydığı məlumata görə, aktyor öz evində hipertoniya ilə əlaqəli ürək-damar xəstəliyi nəticəsində həyatını itirib.
Erik Bauza 1979-cu il dekabrın 7-də Kanadanın Toronto şəhərində anadan olub. O, həyatının və yaradıcılığının son illərini Los-Ancelesdə keçirib.

