Bu gün Bakının Nərimanov rayonunun bəzi ərazilərində təbii qazın verilişində müvəqqəti fasilə yaranacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən Təbriz küçəsində yerləşən 19, 19A və 19B nömrəli binalarda, eləcə də M.Məmmədov küçəsində qaz təchizatı dayandırılacaq.
Məhdudiyyət təmir işləri başa çatanadək davam edəcək.

