Türkiyənin məşhur müğənnisi Rafet El Romanın üçüncü dəfə evlənməyə hazırlaşdığı qadının azərbaycanlı olduğu üzə çıxıb.
“Habertürk”ün müxbiri Çetin Kanın məlumatına görə, 58 yaşlı sənətçinin nişanlısı 32 yaşlı azərbaycanlı tibb bacısı Rahimə Hacıyevadır.
Daha əvvəl iki dəfə ailə həyatı quran və üç övladı olan Rafet El Roman bir neçə ay əvvəl yenidən evlənməyə hazırlaşdığını bildirmişdi. Lakin müğənni nişanlısının kimliyini gizli saxlamış, yalnız onun azərbaycanlı olduğunu söyləmişdi.

Cütlük arasındakı 26 yaş fərqi də diqqət çəkib.
Rafet El Romanla Rahimə Hacıyevanın birlikdə çəkilən fotosunun yayılması ilə sənətçinin uzun müddət ictimaiyyətdən gizlətdiyi nişanlısının kimliyi məlum olub.

