Bakı metrosunun “Həzi Aslanov” – “Əhmədli” sahəsində tətbiq edilən məkik hərəkəti ləğv olunub.
Denmedia.az xəbər verir ki, bununla da “Həzi Aslanov” – “İçərişəhər” istiqamətində qatarların birbaşa hərəkəti bərpa edilib.
Xatırladaq ki, "Həzi Aslanov" metrostansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar 2024-cü il noyabrın 30-dan Bakı metrosunun "Qırmızı" və "Yaşıl" xətlərində qatarların hərəkət sxemi dəyişdirilib. Həmin tarixdən qatarlar "İçərişəhər" və "Dərnəgül" stansiyalarından "Əhmədli" stansiyasına qədər hərəkət edib, "Həzi Aslanov"-"Əhmədli" sahəsində isə ayrıca məkik hərəkəti təşkil olunmuşdu.

