Bakının Yasamal rayonunda gizli fəaliyyət göstərən kəsim məntəqəsi aşkar edilib. Burada mənşəyi məlum olmayan at əti mal əti adı ilə satışa çıxarılırmış.
DenMedia.az xəbər verir ki, DİN və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Kamal Əkbərovu və Mehman Cəfərovu saxlayıblar.
Obyektdə 1 tondan çox istifadəyə yararsız ət aşkarlanıb. Laboratoriya ekspertizası həmin məhsulun insan sağlamlığı üçün təhlükəli olduğunu təsdiqləyib. Hadisə ilə bağlı istintaq davam edir.

