Mənşəyi məlum olmayan, insan sağlamlığı üçün təhlükəli olan ət məhsullarının kütləvi tədarükünü təşkil edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyindən Den.az-a verilən xəbərə görə, polis və Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının (AQTA) birgə keçirdiyi tədbirlərlə 33 yaşlı Hüseynov Orxan Cabbar oğlunun Bərdə rayonunda həyətyanı sahəsində kəsim-tədarük məntəqəsi yaratması müəyyən edilib.
Məlum olub ki, kəsim məntəqəsində qida üçün yararsız məhsullar mal ətləri ilə qarışdırılaraq emal olunub. Antisanitar şəraitdə xəstə, ölmüş heyvanların kəsimi təşkil edilib, qablaşdırılıb və ucuz qiymətə sifarişçiyə çatdırılması planlaşdırılıb. Araşdırmalar və aşkarlanan heyvan qalıqlarının, ət nümunələrinin analizləri nəticəsində satışa hazırlanan məhsulların at və ulaq cəsədlərindən ibarət olması müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
