ABŞ-ın 35-ci prezidenti John Fitzgerald Kennedyi-nin nəvəsi Tatiana Schlossberg vəfat edib. Bu barədə NBC News məlumat yayıb.
Telekanalın məlumatına görə, Tatiana Schlossberg nadir mutasiyalı kəskin mieloid leykozdan əziyyət çəkirdi. O, peşəkar jurnalist kimi fəaliyyət göstərirdi. Xəstəlik diaqnozu ona ötən ilin may ayında qoyulmuşdu.
Bildirilir ki, Schlossberg kimyaterapiya kursu keçib, həmçinin iki dəfə kök hüceyrə transplantasiyası əməliyyatı olunub. Buna baxmayaraq, xəstəliyin gedişi ağır olub.
2025-ci ilin noyabrında o, qan xərçənginin terminal mərhələdə olduğunu açıqlamışdı. Tatiana Schlossberg 36 yaşında dünyasını dəyişib.

