Sumqayıt şəhərinin 30-cu məhəllə ərazisində, avtomobil qarajlarının yerləşdiyi sahədə yanğın hadisəsi qeydə alınıb.
Denmedia.az-a hadisə şahidlərinin verdiyi məlukata görə, yanğın məişət tullantılarının toplandığı ərazidə baş verib.
Hadisə barədə dərhal müvafiq qurumlara məlumat verilib və əraziyə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə idarəsinin yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Eyni zamanda polis əməkdaşları da hadisə yerində təhlükəsizlik tədbirləri həyata keçirir.
Yanğının ətrafdakı qarajlara və avtomobillərə keçməsinin qarşısının alınması məqsədilə operativ tədbirlərə başlanılıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.

Ellada Rəsul
Denmedia.az

