Bakının Binəqədi rayonunda qadının əməliyyat olunduğu xəstəxanada ölməsi ilə bağlı araşdırma parılır.
Denmedia.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib:
“Fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital"da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcəkdir”.

