Perunun Truxilyo vilayətində yerləşən Dali gecə klubunda baş verən partlayış nəticəsində 33 nəfər xəsarət alıb.
Bu barədə LaJournada nəşri məlumat yayıb.
Məlumata görə, hadisədən sonra hüquq-mühafizə orqanları partlayışın səbəblərini araşdırmaq üçün istintaqa başlayıb.
Vilayətin səhiyyə şəbəkəsinin icraçı direktoru Herardo Florian Qomes bildirib ki, partlayış nəticəsində bəzi zərərçəkənlərin ətrafları amputasiya olunub, digər şəxslər isə müxtəlif dərəcəli qəlpə yaraları alıblar.

