Cəlilabadda azyaşlının ölümü ilə nəticələnən hadisə baş verib.
“Denmedia.az” xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.
2011-ci il təvəllüdlü Mirkamal Abdulhüseynov yaşadığı evin həyətindən döş nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya çatdırılıb.
Lakin həkimlərin səylərinə baxmayaraq o, xəstəxanada vəfat edib. İlkin olaraq valideynləri uşağın yıxılaraq armatur parçasının bədəninə batması nəticəsində xəsarət aldığını bildiriblər.
Lakin polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı hadisənin başqa şəraitdə baş verdiyi müəyyən edilib və həqiqət aşkara çıxarılıb.
Məlum olub ki, M.Abdulhüseynovun anası, Səliqə Abdulhüseynova əlində bıçaqla ət doğrayan zaman ehtiyatsızlıqdan oğlunu itələyib və nəticədə azyaşlı bıçaq xəsarəti alıb. S.Abdulhüseynova saxlanılıb, faktla bağlı araşdırma aparılır.

