Hindistanda dövlət məktəblərinin birində 8 yaşlı oğlan şagird 6 yaşlı qıza ağır xəsarətlər yetirib.
Hadisə məktəbin boş sinif otağında baş verib.
Məlumata görə, 8 yaşlı uşaq 6 yaşlı qızın başını dəfələrlə partaya vurub. Azyaşlı qız huşunu itirdikdən sonra da oğlan ona qarşı zorakılığı davam etdirib.
Dəhşətli hadisə məktəbin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Ağır xəsarət alan qız xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmaya başlanılıb.

