Türkiyənin tanınmış aktyoru Mehmet Günsür 20 illik həyat yoldaşı Katerina Mongio ilə birlikdə 63-cü Antalya Qızıl Portağal Film Festivalına qatılıb.
Şəxsi həyatını ictimaiyyətin diqqətindən uzaqda yaşamağa üstünlük verən aktyorun üç övladının anası olan xanımı ilə kameralar qarşısına keçməsi maraq doğurub.

Günsürün 2006-cı ildə ailə qurduğu sənədli film rejissoru Katerina Mongionun festivaldakı görüntüləri sosial mediada diqqət çəkib.
Cütlüyün illər əvvəl İtaliyada başlayan sevgi hekayəsi də yenidən gündəmə gəlib.

20 ildir evli olan Mehmet Günsür və Katerina Mongionun üç övladı var.

