Mingəçevirdə hesab üstündə yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.
Hadisə şəhər ərazisində yerləşən kafelərdən birinin qarşısında baş verib.
Məlumata görə, 18 yaşlı Fuad Cəfərli hesab üstündə aralarında yaranan mübahisə zamanı kafenin sahibi, 40 yaşlı Səhubi Xudadatova kəsici alətlə xəsarət yetirib.
Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

