Yerə düşən yeməyin beş saniyə ərzində götürüldüyü halda təhlükəsiz olduğu barədə geniş yayılmış fikir elmi baxımdan əsaslandırılmayıb.
Bu barədə infeksionist Paula Pinyau Terra nəşrinə açıqlamasında danışıb.
Həkim məşhur “beş saniyə qaydası”nın həqiqətən işləyib-işləmədiyini izah edib.
Bu qaydaya əsasən, yerə düşən qida beş saniyədən az müddətdə götürülərsə, onun yeyilməsinin sağlamlıq üçün təhlükə yaratmadığı düşünülür.
Lakin mütəxəssisin sözlərinə görə, bu qaydanın etibarlılığını təsdiqləyən elmi sübut yoxdur.

İnfeksionist bildirib ki, qida yerə düşdükdə xəstəlik törədə bilən mikroorqanizmlərin ona keçməsi mümkündür və bunun üçün beş saniyə gözləməyə ehtiyac yoxdur.
“Risk qidanın növündən və ətraf mühitin şəraitindən asılı olaraq dəyişir. Lakin qidanın döşəmə ilə qısa müddət təmasda olması onun təhlükəsiz olduğu anlamına gəlmir”, – deyə həkim vurğulayıb.

