Noyabrın 2-də Azərbaycanda qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan isə 22 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olan ümumilikdə 122 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 90 nəfəri borclu şəxs qismində axtarışda olub.
Bundan əlavə, narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

