İran ABŞ-nin yenidən ölkəyə hərbi zərbələr endirəcəyi təqdirdə Amerikanın Avropadakı hərbi bazalarına hücum edə biləcəyi barədə xəbərdarlıq edib.
Bu barədə Britaniyanın The Times qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Tehran Vaşinqtonun İrana qarşı hücumları bərpa edəcəyi halda cavab tədbirlərini Yaxın Şərqin hüdudlarından kənara çıxarmağı nəzərdən keçirir.
Mümkün hədəflər arasında ABŞ-nin Böyük Britaniya, Almaniya, İtaliya və Portuqaliyadakı hərbi obyektləri göstərilir.
Bundan əlavə, İran dənizaltı internet kabellərinin fəaliyyətini pozmaqla da hədələyir. Belə addımın beynəlxalq rabitə infrastrukturuna təsir göstərə biləcəyi bildirilir.
Qərb kəşfiyyat xidmətlərinin qiymətləndirməsinə görə, Tehran ABŞ-nin Avropadakı obyektlərinə hücum etmək üçün özünə bağlı silahlı qruplaşmalardan və cinayətkar şəbəkələrdən istifadə edə bilər.

