Cəlilabad rayonunun Şabanlı kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, “VAZ-2106” və “VAZ-21011” markalı iki minik avtomobili toqquşub.
Qəza nəticəsində yerli sakinlər Ceyhun Beqaliyev və Zeynal Niftəliyev xəsarət alıblar.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

