ABŞ-də 36 yaşlı Kristofer Peden (Christopher Peden) öz cinsiyyət orqanını kəsməkdə və anasının evinin qarajında yanğın törətməkdə ittiham olunur.
NBC News xəbər verir ki, kişi özünə ağır xəsarət yetirdikdən sonra üzərinə benzin tökərək qarajda yanğın törədib.
Peden əvvəlcə hücuma məruz qaldığını iddia etsə də, sonradan xəsarətləri özünə yetirdiyini etiraf edib.
Hadisədən sonra onun psixoloji vəziyyəti qiymətləndirilib. Müayinələrin nəticəsinə əsasən, Pedenin məhkəmə prosesində iştirak etməyə yararlı olduğu müəyyənləşdirilib.
36 yaşlı kişinin 2027-ci ilin may ayında hakim qarşısına çıxması qərara alınıb.

