Bu gün – noyabrın 3-də Bakının dörd rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Bu barədə “Azərişıq” ASC-nin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, fasilələr təmir işlərinin aparılması ilə əlaqədardır.
Yasamal rayonu: Saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Akim Abbasov, Bəsti Bağırova, Cəfər Cabbarlı, Zahid Xəlilov, Zivər bəy Əhmədbəyov küçələrində və Mətbuat prospektində elektrik enerjisinin verilişində fasilələr gözlənilir.
Səbail rayonu: Saat 10:00-dan 14:00-dək Badamdar qəsəbəsində və Mikayıl Müşfiq küçəsində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Binəqədi rayonu: Saat 10:00-dan 13:00-dək Sulutəpə və Xocəsən qəsəbələrində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq.
Bundan əlavə, 10 May küçəsində və Xırdalan–Binəqədi avtomobil yolu ərazisində saat 10:00-dan 17:00-dək elektrik enerjisinin verilişində fasilələr gözlənilir.
Xəzər rayonu: Saat 10:00-dan 16:00-dək Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivinin bir hissəsində, həmçinin Abşeron, Abbasqulu Abdullayev, Baba Salahov, İzmir, Musa Nağıyev və Məmməd Namazov küçələrində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

