Bakının Binəqədi rayonunda mənzillərdən birindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib.
Hadisəni törətməkdə şübhəli bilinən 45 yaşlı R. İmanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

