İraq Kürdüstanında yerləşən İran Kürdüstanı Demokratik Partiyasının qərargahına PUA hücumu edilib.
Bu barədə Al-Hadath telekanalı məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Məlumata görə, hücum 17 iyuna keçən gecə İraq Kürdüstanının Köy Sancak şəhərində baş verib.
Zərbənin hədəfi İran hakimiyyətinə qarşı çıxan müxalif təşkilata məxsus obyekt olub.
Hadisə nəticəsində mümkün xəsarət alanlar və dağıntıların miqyası barədə hələlik məlumat verilmir.

