ABŞ vitse-prezidenti Cey Di Vens İrana etimad edib-etmədikləri ilə bağlı suala cavab verərkən “heç kimə inanmadığını” bildirib. Bu barədə CNN məlumat yayıb.
Vens etiraf edib ki, İranın bütün öhdəliklərini yerinə yetirəcəyini 100 faiz əminliklə deyə bilməz. Onun sözlərinə görə, gələcəyi əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.
“Amma deyə bilərəm ki, biz razılaşmanı elə qurmuşuq ki, onların — İranın — əldə edəcəyi faydalar yalnız bizim də fayda əldə edəcəyimiz halda mümkün olacaq”, — ABŞ vitse-prezidenti bildirib.
Vens vurğulayıb ki, son 47 il ərzində ABŞ-ın İran hakimiyyətinin ən yüksək təbəqələri ilə bu qədər genişmiqyaslı birbaşa kommunikasiyası olmayıb.
“Beləliklə, fundamental olaraq bəzi şeylər dəyişib”, — Vens əlavə edib.

