ABŞ Ədliyyə Nazirliyi Ağ Evdə keçirilən UFC Freedom 250 turnirinə hücum planında iştirakda şübhəli bilinən 5 kişiyə ittiham irəli sürüb.
Bu barədə nazirliyin rəsmi açıqlamasında bildirilib.
Məlumata görə, həmin şəxslər tədbirdə iştirak edən dövlət rəsmilərinə və digər şəxslərə hücum hazırlamaqda şübhəli bilinirlər.
İttiham tərəfinin məlumatına əsasən, təqsirləndirilən şəxslər qətl törətmək məqsədilə əlbir olmaq maddəsi üzrə günahkar bilinərsə, onların hər birini ömürlük həbs cəzası və 250 min dollaradək cərimə gözləyə bilər.
ABŞ Federal Təhqiqatlar Bürosunun məlumatına görə, şübhəlilər turnirin keçirilməsini pilotsuz uçuş aparatlarından istifadə etməklə pozmağı planlaşdırıblar. İddia olunur ki, hadisədən sonra təxliyə zamanı iştirakçılara qarşı əlavə hücum həyata keçirilməsi nəzərdə tutulub.
İstintaq hesab edir ki, ehtimal olunan hücumdan sonra insanların təxliyəsi başlaymalı, daha sonra isə iştirakçılar əvvəlcədən seçilmiş təhlükəli istiqamətə yönləndirilməli idi.
FTB bəyan edib ki, araşdırma çərçivəsində cinayətin hazırlanmasında iştirakı ola biləcək 23 nəfər müəyyənləşdirilib.
Hadisə ilə bağlı istintaq davam edir.

