Ginekoloq Kamil Baxtiyarov qadınlara yaşlanma prosesi ilə mübarizə aparmağın yollarından danışıb.
Həkim bu barədə “Telegram” kanalında məlumat verib.
Baxtiyarovun sözlərinə görə, gəncliyi qorumaq və yaşlanma prosesini ləngitmək üçün ilk növbədə bağırsaq mikroflorasını normallaşdırmaq vacibdir.

Həkim bildirib ki, araşdırmalara əsasən, insan yaşlandıqca bağırsaq mikrobiotası daha az müxtəlif olur. Halbuki bu müxtəliflik orqanizmin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır.
Baxtiyarov qeyd edib ki, bağırsaq mikroflorası orqanizmdə bir çox daxili proseslərə təsir göstərir. Onun sözlərinə görə, mikrobiota sayəsində müxtəlif vitaminlər və faydalı maddələr sintez olunur. Bu maddələr orqanizmin bir sıra funksiyalarına, o cümlədən sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərə bilər.

“Buna görə də anti-age yanaşması və bağırsaq mikrobiotası bir-biri ilə sıx bağlıdır. Buna mütləq diqqət etmək lazımdır”, — həkim vurğulayıb.

