ABŞ-la regionda hərbi əməliyyatların dayandırılmasına dair saziş imzalandıqdan sonra 17 ölkə İrana qarşı məhdudiyyətlərin aradan qaldırılmasını dəstəkləyib.
Bu barədə Böyük Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İran və ABŞ arasında sülh razılaşmasının əldə olunmasından sonra 17 dövlət İslam Respublikasına qarşı sanksiyaları ləğv etməyə hazırdır.
Müvafiq bəyanat Böyük Britaniya hökumətinin rəsmi saytında dərc olunub.
Qeyd olunur ki, ilkin olaraq birgə bəyanatı Böyük Britaniya, Fransa, Almaniya və İtaliya yayıb.
Daha sonra bu mövqeyə Yaponiya, Kanada, Avstraliya, Belçika, Bolqarıstan, Kipr, Dominikan Respublikası, Estoniya, Finlandiya, Yunanıstan, Latviya, Polşa və Portuqaliya da qoşulub.
Birgə bəyanata əsasən, İranın nüvə proqramı ilə bağlı aydın və yoxlanıla bilən addımlar atacağı təqdirdə, ölkəyə qarşı sanksiyaların aradan qaldırılması mümkün ola bilər.

