Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar saat 11:53-də qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.5, ocağının dərinliyi isə 18 kilometr olub.

