Almaniyanın Frankfurt-am-Mayn şəhərindəki klinikaya Ebola virusuna yoluxmuş daha bir ABŞ vətəndaşı yerləşdirilib.
“Bild” nəşrinin məlumatına görə, amerikalı Konqo Demokratik Respublikasında yoluxub.
Bildirilib ki, müalicə prosesi həmin virus növünə qarşı təsdiqlənmiş xüsusi terapiyanın və peyvəndin olmaması səbəbindən çətinləşir. Belə xəstələr adətən əsas xəstəxana binasından ayrı yerləşən xüsusi izolyasiya şöbəsində müalicə olunurlar.
Eyni virus növünə yoluxmuş ilk amerikalı həkim isə daha əvvəl Berlindəki “Charité” klinikasında müalicə alıb.

