Çində cənubi Quançjou əyalətində çikungunya virusuna yoluxmuş 3 min yeni yoluxma halı qeydə alınıb.
DenMedia.az xəbər verir ki, bu barədə TASS məlumat verir.
Yoluxmalar 28 sentyabr–4 oktyabr tarixləri arasında aşkar olunub. Yoluxmaların əksəriyyəti Czianmen şəhərində qeydə alınıb. Orada sağlamlıq sahəsində üçüncü səviyyəli reaksiya tətbiq edilib.
Çikungunya insanlara yalnız yoluxmuş ağcaqanadların dişləməsi ilə keçir, insanlardan bir-birinə keçmir. Əlamətlər: yüksək hərarət (təxminən 40°C), baş ağrısı, şiddətli oynaq və əzələ ağrıları, ürəkbulanma, zəiflik və səpgilər.