Konqo Demokratik Respublikasında Ebola şübhəsi olan 18 xəstə müalicə mərkəzindən qaçıb.
Bu barədə Associated Press məlumat yayıb.
Məlumata görə, hadisə yerli sakinlərin müalicə müəssisəsini yandırmasından sonra baş verib. Sakinlər “Sərhədsiz Həkimlər” təşkilatının Ebola xəstələri üçün qurduğu çadırı yandırıblar. Bundan sonra mərkəzdə panika yaranıb və 18 xəstə ərazidən uzaqlaşıb.
Agentlik qeyd edir ki, bu, son bir həftə ərzində regionda bu cür ikinci hücumdur. Daha əvvəl Rvampara şəhərində başqa bir müalicə mərkəzi ölmüş pasiyentin yaxınları tərəfindən yandırılmışdı. Buna səbəb isə onlara meyiti götürməyə icazə verilməməsi olub.

