Beyləqan rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər həyatını itirib, üç nəfər xəsarət alıb.
Denmedia.az reporta istinadən xəbər verir ki, qəza zamanı Əlizamin Əliyev, Zəfər Məmmədov və Həsən Həsənov yaralanıblar. Onlar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Avtomobildə olan Şəfa Əliyev isə aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.

