Bakıda daha bir nəfər hündürmərtəbəli binadan yıxılıb.
Denmedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, C.Xəndan küçəsi ev 42-də qeydə alınıb.
Orada yaşayan xalasıgilə qonaq gələn, 2007-ci il təvəllüdlü Kənan Ömər oğlu İbrahimli 18-ci mərtəbədən yıxılaraq ölüb.
Araşdırma aparılır.

