Noyabrın 11-də Azərbaycanın əsas avtomobil yollarında gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkənin bəzi dağlıq və dağətəyi rayonlarında dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500–1000 metrədək azalacağı proqnozlaşdırılır.

