Bakının Binəqədi rayonunda obyektdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, hadisə Atatürk prospektində qeydə alınıb.
Yanğınla bağlı nazirliyin “112” qaynar xəttinə məlumat daxil olub. Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

