Novxanı–Pirşağı yolunda aparılan təmir işləri ilə əlaqədar 537 nömrəli marşrut avtobusunun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, Novxanı–Pirşağı yolunun Sahil küçəsi hissəsində təmir işləri səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Bu səbəbdən 537 nömrəli marşrut üzrə avtobusların hərəkəti müvəqqəti olaraq 52-ci Bağlar, 13-cü Bağlar və 18-ci Bağlar küçələri ilə təşkil edilib.

