Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Müşfiq Əşrəf oğlu Əliyev qəfil ürəktutma nəticəsində vəfat edib.
Denmedia.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə mayorun xidmət etdiyi N saylı hərbi hissələrdən birində baş verib.
Mərhumun nəşi bu gün Bakıya gətiriləcək və paytaxtda dəfn olunacaq.
Qeyd edək ki, Müşfiq Əliyev uzun illər Azərbaycan Ordusunda hərbi qulluqçu kimi fəaliyyət göstərib. Onun atası Əşrəf Əliyev də uzun müddət polis orqanlarında xidmət edib.

