“Formula-1” 20 illik fasilədən sonra ABŞ-nin idman geyimləri nəhəngi “Nike” ilə əməkdaşlığı bərpa edir. Tərəflər arasında uzunmüddətli tərəfdaşlıq müqaviləsi imzalanıb.
Denmedia.az xəbər verir ki, yeni əməkdaşlıq 2027-ci ildən qüvvəyə minəcək. Razılaşmaya əsasən, “Nike” “Formula-1”in rəsmi geyim və uniforma təchizatçısı olacaq.
Şirkət yarış həvəskarları üçün xüsusi ayaqqabı, geyim və aksesuar kolleksiyaları hazırlayacaq. Bununla yanaşı, idmançıların performansını artırmağa yönəlmiş innovativ texnologiyaların hazırlanması və yarış həftəsonlarında azarkeşlər üçün müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulur.
İlk birgə kolleksiya bu gün – noyabrın 20-də Las-Veqas Qran-prisinə həsr olunmuş xüsusi təqdimatla satışa çıxarılacaq. Məhsullar Las-Veqasdakı F1 Hub məkanında və “Nike” mağazalarında təqdim ediləcək.
Bundan əlavə, “Nike” qadın pilotların yarışdığı F1 Academy seriyasının da rəsmi tərəfdaşı və idman geyimləri təchizatçısı olacaq.

