Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib ki, hazırda Üçüncü dünya müharibəsi getmir, lakin vəziyyət istənilən an dəyişə bilər.
Onun sözlərinə görə, əgər ABŞ prezidenti Donald Tramp “siyasi rejimlərin dəyişdirilməsi kursunu” davam etdirsə, qlobal münaqişə qaçılmaz ola bilər.
Medvedev vurğulayıb ki, müharibənin başlanması üçün hər hansı hadisə təkan rolunu oynaya bilər.
“Formal olaraq yox. Amma Tramp öz kursunu davam etdirsə, bu müharibə mütləq başlayacaq. Tətikləyici istənilən hadisə ola bilər. İstənilən.”
O, mümkün nüvə qarşıdurmasının nəticələri ilə bağlı da xəbərdarlıq edib.
“Real nüvə münaqişəsi baş verərsə, Xirosima və Naqasakinin taleyi uşaq oyunu kimi görünəcək.”
Medvedev beynəlxalq gərginliyin artdığını və risklərin yüksək olduğunu qeyd edib.

