Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa İranla bağlı üçtərəfli sammit keçirməyi təklif edib. Bu barədə Türkiyənin hökumətyönlü Hürriyet qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Ərdoğan bu təklifi 27 yanvar tarixində ABŞ Prezidenti ilə telefon danışığı zamanı səsləndirib. Türkiyə lideri ABŞ, İran və Türkiyənin iştirakı ilə yüksək səviyyəli görüşün, mümkün olarsa videokonfrans formatında keçirilməsini təklif edib. Qəzetin köşə yazarı Hande Fıratın bildirdiyinə görə, Tramp bu təşəbbüsə müsbət yanaşıb.
Hürriyet həmçinin xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu həftə Türkiyəyə səfər edərək həmkarı Hakan Fidanla danışıqlar aparacaq. Səfərin dəqiq tarixi açıqlanmayıb.

