İranın pilotsuz uçuş aparatlarının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə hücum etdiyi bildirilir.
Bu barədə RT məlumat yayıb.
Şahidlərin çəkdiyi görüntülərdə gecə səmasında çoxsaylı dronların göründüyü, onlara qarşı hava hücumundan müdafiə sistemlərinin raketlər buraxdığı əks olunub.
Məlumata görə, PVO qüvvələri dronların bir hissəsini havada məhv edib, bundan sonra şəhər üzərində güclü partlayış səsləri eşidilib.
Hadisə regionda artan hərbi gərginlik fonunda baş verir. Belə ki, daha əvvəl Reuters agentliyi Fars körfəzi ölkələrinin ABŞ-ı İranı “birdəfəlik neytrallaşdırmağa” çağırdığını yazmışdı.

