İsrailin cənubunda yerləşən Arad şəhərində raket zərbəsi nəticəsində təxminən 30 nəfər xəsarət alıb. Bu barədə İsrailin təcili tibbi yardım xidməti (MDA) X sosial şəbəkəsində məlumat yayıb.
“MDA briqadaları müxtəlif dərəcəli xəsarətlər alan təxminən 30 nəfərə yardım göstərir”, – deyə açıqlamada bildirilir.
Yerli KİV-in məlumatına görə, İrana məxsus raket yaşayış məhəlləsinə düşüb.
Bundan əvvəl İsrailin müdafiə naziri İsrael Katz yaxın günlərdə İrana qarşı İsrail və ABŞ hücumlarının intensivliyinin artacağını bildirib.
Martın 21-də isə İranın hava hücumundan müdafiə sistemi ABŞ-ın F-35 qırıcı-bombardmançı təyyarəsini vurmağa nail olub, təyyarə çətinliklə bazaya çata bilib.

