İranın Diego-Qarsiya adasındakı Britaniya-ABŞ hərbi bazasına hücum cəhdi Londona xəbərdarlıq olub. Bu barədə The Telegraph yazıb.
Məlumata görə, İran rəsmiləri nəşrə bildiriblər ki, uğursuz alınan hücum “Böyük Britaniyaya xəbərdarlıq atəşi” idi.
Nəşrin mənbələrindən biri qeyd edib ki, Böyük Britaniya belə uzaq məsafədən edilən hücumları dəf etməkdə çətinlik çəkə bilər.
“Ballistik raketlərlə mübarizə uzunmüddətli hazırlıq tələb edir və Böyük Britaniyanın bu sahədə hazırlıq səviyyəsi, təəssüf ki, çox aşağıdır”, – deyə mənbə bildirib.

