ABŞ İranla münaqişə zamanı silah ehtiyatlarının ciddi şəkildə sərf olunması fonunda yüksək dəqiqlikli raket çatışmazlığı riski ilə üzləşə bilər. Bu barədə CSIS məlumat yayıb.
Məlumata görə, istifadə olunan arsenalın bərpası silahın növündən asılı olaraq bir neçə il çəkə bilər.
Söhbət Tomahawk qanadlı raketləri, Patriot və THAAD kimi yüksək dəqiqlikli silah sistemlərindən gedir.
Ekspertlərin hesablamalarına görə, ABŞ-ın əvvəlki silah ehtiyat səviyyəsinə qayıtması bir neçə on aydan 5 ilə qədər vaxt apara bilər.

