Rusiya Kiyevə ballistik raketlərlə hücum edib. Paytaxtda partlayış səsləri eşidilib, hava hücumundan müdafiə qüvvələri işə düşüb.
Kiyevə hücum barədə şəhərin meri Vitali Kliçko da məlumat verib və sakinləri sığınacaqlarda qalmağa çağırıb.
“Şəhərdə partlayışlar baş verir. Paytaxtda hava hücumundan müdafiə qüvvələri işləyir. Sığınacaqlarda qalın”, – Kliçko bildirib.
Monitorinq təşkilatlarının məlumatına görə, Rusiya qüvvələri Kiyevə ən azı 10 ballistik raket, həmçinin “Zirkon” raketləri buraxıb.
Rusiya eyni zamanda Odessaya da hücum edib. Zərbə nəticəsində mülki infrastruktur obyektləri zədələnib. İlkin məlumata görə, bir nəfər yaralanıb.

