Avqustun 16-na keçən gecə Rusiya qüvvələri Kiyevə ballistik raket və dronlarla zərbələr endirib. Ukrayna tərəfinin məlumatına görə, hücum nəticəsində şəhərin Obolonski və Holosiivski rayonlarında yanğınlar və dağıntılar qeydə alınıb.
Obolonski rayonunda kitab bazarının ərazisində genişmiqyaslı yanğın baş verib və iki nəfərin yaralandığı bildirilib. Digər ünvanda partlayış dalğası qeyri-yaşayış binasına cüzi ziyan vurub, başqa bir ünvanda isə dağıntılar qeyri-yaşayış binasına düşüb.
Holosiivski rayonunda da qeyri-yaşayış binasında yanğın baş verib və xilasedicilər alovu lokallaşdırıblar.
Krivoy Roqda isə sənaye müəssisələrinə endirilən zərbələr nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb.

