İranın qadın futbol yığması Asiya Kubokunun qrup mərhələsi çərçivəsində Cənubi Koreya ilə keçirilən oyun öncəsi dövlət himnini oxumaqdan imtina etdiyi üçün böyük qalmaqalın mərkəzinə düşüb. Bu barədə The Guardian nəşri məlumat yayıb.
Bildirilir ki, futbolçuların bu addımı ölkədə dövlətə xəyanət kimi qiymətləndirilə bilər. İran qanunvericiliyinə görə isə belə ittihamın cəzası hətta ölüm hökmünə qədər gedib çıxa bilər.
Hadisənin Yaxın Şərqdə gərginliyin artdığı bir dövrə təsadüf etdiyi qeyd olunur. Bu günlərdə ABŞ və İsrailin İran ərazisinə raket zərbələri endirməsi fonunda ölkədə siyasi vəziyyət daha da gərginləşib.
Matçın nəticəsinə gəldikdə isə, Cənubi Koreya yığması qarşılaşmada 3:0 hesabı ilə qələbə qazanıb.

