Noyabrın 13-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-qərb küləyi gündüz saatlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 8–11, gündüz 15–20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 50–60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı proqnozlaşdırılır. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu rayonlarda gecə 1–6, gündüz 14–19 dərəcə isti, dağlıq ərazilərdə gecə 3–8 dərəcə şaxta, gündüz 7–12 dərəcə isti olacaq.

